Interposta.Info

Dövlət qurumları kömək etmir, təhlükədəyik - VİDEO

Paradoks
 7-08-2022, 23:31     1 629

Vətəndaş evini təbii fəlakət yararsız hala saldığını deyir, dövlət qurumları kömək etmir.

Lerik rayon Züvüç kənd sakini Əliyeva Ərabəyim Şəvəqqət qızı iddia edir ki, sürüşmə zamanı evində çatlar yaranıb və yaşamaq təhlükəlidir.

Problemləri ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, müraciəti cavabsız qalıb.

İllər öncə sürüşmə zamanı kəndimizdəki evlər yararsız hala düşdü. Bizim evdən başqa zərər görmüş bütün evlər təmir edildi, Fövqəladə Hallar Nazirliyi yeni evlər tikdi.
Şikayətçi xanımın söylədiyinə görə, 2017-ci ildən FHN-ə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək evlərinin təmir edilməsini istəyib.

2019-cu ildə ETSN-nin əməkdaşları evə baxış keçiriblər və onlara bildiriblər ki, “eviniz təbii fəlakət nəticəsində yararsız hala düşməyib”.

O, Lerik Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət etdiyini bildirir.

İnterPosta.info şikayətçi Əliyevanı təqdim edir:



Qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26