Interposta.Info

Sabiq nazirin iki övladı Rusiyada biznes qurub (FOTOLAR)

Paradoks
 13-12-2021, 14:56     1 112

YAP-ın qurucularından biri, hakim partiyanın sabiq sədr müavini, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağızadə Rusiya paytaxtında daşınmaz əmlak biznesi ilə məşğul olan "Naxçıvan İnvest" MMC-nin (ООО НАХИЧЕВАНЬ ИНВЕСТ) təsisçilərindən biridir.

"İnterPosta" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, şirkət 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin 8A ünvanında hüquqi qeydiyyata alınıb. Araz Nağıbəylinin şəriki Fərdi Ələkbərov adlı şəxsdir.

Araz Nağıbəylinin həmin qeydiyyatdan keçirdiyi daha bir şirkət "Naxçıvan" MMC (ООО "НАХИЧЕВАНЬ") də daşınmaz əmlak alışı, satışı və icarəsi ilə məşğul olub. Lakin şirkət bu il avqustun 23-də ləğv edilib.

Bundan əvvəl isə 2009-cu ilin dekabrında keçmiş nazirin oğlu Rusiya paytaxtında Elvin Həşimov adlı şəxslə dəri geyim və ayaqqabıların istehsalı, satışı ilə məşğul olan "Eqan" MMC-bi (ООО "ЭГАН") təsis edib. Bu şirkət 2013-cü ildə ləğv edilib.

Araz Nağıbəyli həmçinin 2013-cü ildə keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin ailəsinə məxsus "Gals Beauty and SPA" MMC-nin direktoru olub, məşhur "Leo Burnett Worldwide"nin Azərbaycan təmsilçiliyinin rəhbəridir.

Əli Nağıyevin Rusiya Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Münasibətlər İnstitutunda (MBMİ) müəllimə işləyən qızı Əminə Nağıyeva da 2017-ci ilin fevralında daşınmaz əmlak biznesi ilə məşğul olmaq üçün fərdi sahibkar kimi Rusiya Federal Vergi Xidmətinin 46 saylı Moskva regionlarası Müfəttişliyində qeydiyyata düşüb.

Rusiya Federal Vergi Xidmətinin qeydiyyat sənədlərindən məlum olur ki, YAP-ın sabiq sədr müavininin hər iki övladı hazırda Rusiya vətəndaşıdırlar.

İnterPosta.info







Sabiq nazirin iki övladı Rusiyada biznes qurub (FOTOLAR)




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26