Interposta.Info

Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər

Müxtəlif / Manşet
 11-10-2019, 21:56     10 437

Sabiq Vergilər naziri Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət təsis edib.

"İnterPosta.info"nun məlumatına görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində məlumat yayıb.

"Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev (vergilər nazirinin keçmiş müavini Namiq Əliyevin oğlu) İngiltərədə daha 2 şirkət açıb.

Əbdül Əliyev bu ilin iyunun 27-də Londonda NOAP PROPERTIES LIMITED şirkətini (qeydiyyat nömrəsi 12072403) qeydiyyatdan keçirib. Şirkətin qeydiyyat ünvanı 12 Second Floor, Ogle Street, London, England olaraq göstərilib.

Ötən ayın 16-da isə onun daha bir şirkəti Londonda qeydiyyata alınıb. AMPCO 147 LIMITED-in hüquqi ünvanı isə (qeydiyyat nömrəsi12208094) 7 The Ropewalk, Nottingham kimi göstərilib.

Bununla Əbdül Əliyevin İngiltərədə təkcə bu il qeydiyyatdan keçirdiyi şirkətlərin sayı 3-ə, ümumilikdə Londonda fəaliyyətdə olan şirkətlərinin sayı 8-ə (qapadılan şirkətlər daxil deyil) çatıb. Bundən əvvəl isə o, bu ilin aprelində Britaniya paytaxtında biznes mərkəzlərinin tikintisi və idarəçiliyi sahəsində fəaliyyət göstərən OKAA PROPERTY LIMITED şirkətini qeydiyyatdan keçirmişdi. Belə görünür ki, sabiq nazir biznesinin ağırlıq mərkəzini İngiltərəyə köçürməkdə qərarlıdır.
Əbdül Əliyevin Britaniya və Almaniyada indiyədək çoxlu sayda şirkətləri olub".

İnterPosta.info

Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər
Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər
Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər
Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər
Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər
Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər
Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26