Interposta.Info

Sahil Babayev Laçında yaralanmş qaziyə əlillik vermir, saxtakarlıqda suçlayır – Video

Paradoks
 1-10-2021, 22:35     1 230

Ağcabədinin Taxtakörpü qəsəbəsində yaşayan, əslən Laçından olan Babək Mürsəlov 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub.

"İnterPosta"nın məlumatına görə, onun Reportyor.info-ya bildirdiyinə görə, döyüşlər gedən zaman partlayış nəticəsində yaralanıb, bu haqda Hərbi Həkim Komissiyasının da rəyi var: “Sənəddə qeyd olunub ki, sağ qıçım palezdir, ağır dərəcədə xəsarətlə bağlı rəy var. Hərbi travma aldığım barədə sənəd var. Mən küçədə döyüşdə travma almamışam, Laçın istiqamətində qolumdan snayper gülləsi almışam, amma bu vəziyyətdə saat yarım qan apara-apara düşmənlə döyüşmüşəm. Sonra ermənilər minamyot atıb və yaralanmışam, polkovnik-leytentant Ruslan Tağıyev yanımda şəhid olub. Yəni belə ağır döyüş yolu keçdiyim halda mənim əlilliyimi vermirlər”.
Qazi bildirir ki, ona qanunla 2-ci qrup əlillik verilməlidir: “Rəsmi müraciətlər etmişəm, amma imtina gəlib. Onlar əlilliyimi düzəldiblər, pulumu yeməklə məşğuldurlar. Aidiyyatı orqanlar bu cinayətkar məmurlar haqda ölçü götürsünlər. Onlar “Leksus”larını artırmaqla məşğuldurlar”.
Vətən müharibəsinin qazisi deyir ki, həkimlərə rüşvət verməyə pulu yoxdur: “Telman həkim və digərləri buna görə mənə əlillik təyin olunması üçün düzgün rəy vermirlər. Onlar kabinetdə otura-otura 100 minlik maşınları necə sürür?
Prezident həmişə deyir ki, qazilər diqqət mərkəzində olsunlar. Amma bir qrup şəxs imkan vermir ki, biz əlillik alsın. Mən artıq tələb irəli sürmürəm, sadəcə, əlilliyimi almaq istəyirəm”.

Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, Bakı şəhər sakini Mürsəlov Babək Albəndə oğlu heç vaxt hərbi səbəblərdən əlil olmayıb: “Ona birinci dəfə 2009-cu ildə ümumi səbəbdən 5 il müddətinə 2-ci qrup əlillik təyinatı aparılıb. 2016-cı ildə məlum qərardan sonra vətəndaşın əlillik dərəcəsi heç bir müayinə aparılmadan avtomatik 5 il müddətinə uzadılıb.
Əlillik müddəti bitdikdən sonra onun yeni göndərişi bu dəfə hərbi səbəb ilə əlaqədar rəsmiləşdirilib və diaqnoz əlillik əlaməti təyin etmədiyindən ona əlillik təyin olunmayıb.
Müraciəti əsasında Babək Mürsəlov əyani müayinə edilərkən də göndərişdə qeyd edilən diaqnoz təsdiqini tapmayıb. O, artıq bir neçə dəfə əyani müayinədə iştirak edib və onunla bağlı qərar dəyişməyib.
Bir daha qeyd edirəm ki, sosial müdafiə sistemində haqqı çatanın yanındayıq. Qanunun aliliyi bizim tərəfdən qorunur və qorunacaq. Qazilərimizin hər biri bizim qürur yerimizdir.
Vətən müharibəsinin 2 min yaralısına artıq əlillik təyinatı aparılıb. Onların sosial təminatı yüksək səviyyədə təmin edilir. Amma bir daha qeyd edirəm, əlillik təyinatları qanunvericiliklə tənzimlənən normalar əsasında təyin edilir”.
B.Mürsəlov nazirliyin sözçüsünün açıqlamasına cavab olaraq xatırladıb ki, Vətən müharibəsində yaralanmasına görə dövlət ona 2750 manat sığorta pulu ayırıb, Prezident tərəfindən “Cəsur döyüşçü” medalı verilib, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib: “Fazil Talıbov bu danışığından xəcalət çəkməli və mətbuat katibi postundan istefa verməlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26