Interposta.Info

Adil Qeybulla xəstəxanalara rüşvətlə yerləşdirilmə faktından danışdı

Paradoks
 5-12-2020, 17:56     2 073

"Bu məsələ mütləq araşdırılmalıdır".

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla COVİD-19 virusu ilə bağlı xəstəxanalara xəstələrin rüşvət hesabına yerləşdirilməsi haqda deyilənlərə aydınlıq gətirərkən deyib. Professor belə halları pislədiyini vurğulayıb:

"Mən bu cür halları pisləyirəm. Bunlar çətinliklərdən yaranır. Yəqin, belə faktlar var ki, çamaat danışır. Bununla bağlı araşdırılma aparılmalıdır".

Adil Qeybulla qeyd edib ki, xəstəxanalarda xəstə çox olanda, kollektiv çətinliklər yarananda belə neqativ hallara yol açılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26