Interposta.Info

Adil Qeybulla: “İsgəndər Həmidov təcili əməliyyat olunmalıdır”

Ölkə
 4-02-2020, 11:01     567

"İsgəndər Həmidov təcili əməliyyat olunmalıdır”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətindən danışarkən deyib. Onun sözlərinə görə, İsgəndər Həmidovun Türkiyəyə aparılması üçün danışıqlar aparılır:

"Hazırda komada və həkimlərin nəzarəti altındadır. Səhhətində həddindən artıq narahatlıq var. Danışıqlar nəticə versə, Türkiyəyə aparılacaq”.

Qeyd edək ki, sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. O, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26