Interposta.Info

İsgəndər Həmidov həbs edilib? – Rəsmi

Ölkə
 30-01-2019, 14:59     10 338

Sosial şəbəkələrdə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun saxlanılması ilə bağlı məlumat yayılıb.

İnterPosta.info
-nun məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, bu barədə heç bir məlumat yoxdur.

Şəki Şəhəri Rayon Polis Şöbəsinin əməkdaşı da yayılan məlumatı təkzib edib. Bildirilib ki, Polis Şöbəsində İsgəndər Həmidov adlı saxlanılan şəxs yoxdur.

Report isə bu gün sabiq müdafiə naziri Rəhim Qazıyevin anasının il mərasiminə gedən İ.Həmidovun Şəkidə polis tərəfindən saxlanıldığını, Şəki Şəhər-Rayon Polis Şöbəsində onunla profilaktik söhbətdən sonra sərbəst buraxıldığını yazıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26