Interposta.Info

Azərbaycanlı həkim Trampın açıqlamasını şərh etdi: "Bütün viruslar yazda ölür"

Müxtəlif
 11-02-2020, 14:37     442

"Bütün viruslar yaz gələn kimi ölür".

Bu sözləri qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla ABŞ prezidenti Donald Trampın koronavirus epidemiyasının aprel ayında sona çatacağı ilə bağlı fikirini şərh edərkən deyib.

Adil Qeybulla qeyd edib ki, viruslar payız gələndə fəallaşırıar: "İstilər düşən kimi yavaş-yavaş yoxa çıxırlar. Söhbət təkcə koronavirusdan getmir. Bütün viruslar mart ayına kimi yaşayır. Koronavirusun 10-a yaxın növü var. Onlardan 3-ü ən ağır formasıdır. Koronavirus-2019 da qorxulu növlərdindən sayılır. Hazırda bununla mübarizə aparırır.”

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qubernatorlarla görüşündə koronavirus epidemiyasının aprel ayında sona çatacağını bildirib: ABŞ prezidentinin sözlərinə görə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib. "İnsanlar düşünürlər ki, koronavirus isti səbəbindən apreldə gedəcək. Ümumiyyətlə, isti belə virusu öldürür".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26