Interposta.Info

Qəbələ-Xanlar restoranında sac qovuran qiymətlər - FOTO

Paradoks
 10-09-2020, 11:41     4 751

Qəbələ-Xanlar restoranının qiymətlərindən müştəri narazıdır.

İnterPosta.info
-ya müraciət edən müştəri bildirir ki, bir ədəd çolpa (sac qovurması) restoran tərəfindən ona 30 manata satılıb.

Qiymətdən narazı olan Qəbələ-Xanlar restoranının müştərisi qeyd edir ki, bir dəfə nahar etməsi 61 manata başa gəlib.

Restoranın meniyu qiymətləndirməsindən narazı qalan müştəri onuda qeyd edir ki, digər müştərilər diqqətli olsunlar ki, onlarda onun kimi aldanmasınlar.

Mövzu ilə əlaqədar restoranla əlaqə saxladıq. Restoranın administratoru Kərimov Nurlan bildirir ki, bizdə qiymətlər çekdə təqdim etdiyimiz kimidir.

Təqdim etdiyimiz çek Qəbələ-Xanlar restoranı tərəfindən müştəriyə təqdim edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26