Interposta.Info

"Qəbələ"nin baş məşqçisi istefa verdi

İdman
 29-05-2018, 10:04     10 485

"Qəbələ" futbol klubunun baş məşqçisi Roman Qriqorçuk vəzifəsindən istefa verib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bu, "Qəbələ"də son oyunum idi. Finalda belə ab-havaya görə minnətdarlıq edir, Cumhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edirəm", - Qriqorçuk deyib.

Qeyd edək ki, Azərbaycan Kubokunun bu gün keçirilən final oyununda "Qəbələ" öz meydanında "Keşlə"yə 1:0 hesabı ilə məğlub olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26