Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı

Azərbaycan Milli Məclisinin üzvlərindən biri sonuncusu 28 gün əvvəl sövdələşməklə, İngiltərədə ümumi dəyəri ən azı 2 700 000 funt sterlinq (3 milyon 350 min dollar) olan 4 ev alıb.
"İnterPosta" xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
C.Həsənli hələlik deputatın adını açıqlamayıb: "Həmin deputat Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir qəpik də köçürməyib. Gəl ki, keçmiş deputatın fonda 1 manat yardımı müzakirə mövzusu olub...”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26