Interposta.Info

Millət vəkilinin oğlu Gürcüstana 50 milyon dollar sərmayə yatırdı (FOTOLAR)

Paradoks
 20-07-2020, 11:11     1 601

Deputat Ağalar Vəliyevin oğlu Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletiyə 50 milyon dollar vəsait yatırıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib. O bildirib ki, deputatın oğlu sözügedən bölgədə 3 bina tikdirib.

Deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb. Gürcüstanın Kobuleti şəhərinin Aqmaşenebeli küçəsindəki bu beşulduzlu otelin təməli isə 3 il əvvəl atılıb. İnvestisiya dəyəri 200 milyon laridir. Təxminən 65 milyon dollar.

40.000 kv.metrlik sahəsi olan və 400 nəfərin işləyəcəyi oteldə 220 otaq və 300 nəfərlik konfrans salonu nəzərdə tutulur. Hotelin investoru deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Building" LTD şirkətidir".

Cavanşir Həsənli qeyd edib ki, Tiflisin Zemo Vedzisi küçəsindəki bu kompleksin tikintisi azərbaycanlı investorlara 120 milyon dollara başa gələcək:

"Kompleksə beşulduzlu otel, iş mərkəzi, yaşayış binası və səhiyyə ocağı daxildir. İnvestor deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin şərik olduğu Kristal Building Ltd şirkətidir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26