Interposta.Info

DGK fonda 1 milyon köçürdü

İqtisadiyyat
 23-03-2020, 22:01     340

Dövlət Gömrük Komitəsi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Qurumdan "İnterPosta"ya verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26