Interposta.Info

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ayırdı

Paradoks
 22-03-2020, 11:28     348

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bu barədə "İnterPosta"ya Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26