Binəqədinin “3-cü mədən” yollarının acıncaqlı vəziyyəti – ÖLKƏ BAŞÇISI 8,7 MİLYON MANAT AYIRMASINA RƏĞMƏN
Bakı şəhəri, Binəqədi rayonunun “3-cü mədən” adlanan ərazisində yaşayan sakinlər illərdir yol problemi ilə üzləşib. Buna səbəb isə kanalizasiya xətlərinin dəyişdirilməməsidir.
Ərazidə yaşayanlar "İnterPosta"ya verdikləri xəbərə görə, hava yağışlı olanda vəziyyət daha da pisləşir. Xüsusilə də məktəblilər dərsə gedib-gələndə əziyyət çəkirlər.
Yolların pis vəziyyətdə olması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirir və bu da sakinlərin gediş-gəlişinə, şagirdlərin, əsasən, payız-qış aylarında məktəbə getməsinə, xəstə olanda çağırılan təcili yardım maşınlarının gəlməsinə, həmçinin fövqəladə hallarda çətinliklər yaradır.
Vəziyyətdən çıxmaq üçün “3-cü mədən” sakinləri imkan daxilində vəsait toplayıb yollara qum-çınqıl tökdürsələr də, bu, problemin həlli müvəqqəti xarakter daşıyır. Yağış-qar yağan kimi, yenə çalalar və palçıq səbəbindən hərəkət etmək mümkün olmur.
Sakinlər illərdir problemli vəziyyətdə olan yollarının nə zaman təmir olunacağı günü gözləyirlər. Onlar deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, bu məsələnin həllinə nail ola bilməyiblər.
Ərazi sakinləri bildirir ki, eks-icra başçısı Xaləddin İsgəndərovun rəhbərlikm etdiyi vaxtlarda məsələylə bağlı dəfələrlə məlumatlanıdırılsa da, amma nədənsə heç bir tədbir görülüməyib.
Xatırladaq ki, Prezident İlham Əliyev 21 dekabr 2019-cu il tarixində Binəqədidə yolların təmirinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon manat ayrılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26