Interposta.Info

Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu-FOTO-VİDEO

Paradoks
 8-01-2020, 12:16     1 493

İdarə rəisinin 145 minlik “generator əməliyyatı”,rəhbərlik etdiyi idarədə “ailə podaratı”,mənbəyi bilinməyən milyonlar və yüksəlmək iddiaları…

Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratoru idarə rəsinin göstərişi və bilavastə iştirakı ilə məlum olmayan səbəblərdən götürülüb.

Kanal32.az-ya müraciət edən məcburi köçkünlər bildirir ki,“Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev köçkünlərə qarşı qanunsuz hərəkətlər edib.

Belə ki,2019-cu ilin fevral ayında Mingəçevirdəki 594 mənzillik 11 ədəd 9 mərtəbəli binadan ibarət Yeni Köçkün qəsəbəsindəki fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan ehtiyat generatoru köçkünlərə üzərində tərtib olunma tarixi göstərilməyən “akt” təqdim etməklə ələ keçirib.Əldə etdiyimiz məlumata görə,həmin akt Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 3,”Azərişıq”ASC-nin isə 9 nəfər məsul şəxsinin iştirakı ilə tərtib edilib.Aktın məzmununda bildirilir ki,qiyməti 122 min 248 manat olan 600 KVA-lıq 1 ədəd,qiyməti 289 min 808 manat olan 2 ədəd 750 KVA-lıq dizel generatoru Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından çıxarılaraq “Azərişıq”ASC-nin balansına verilsin.Ancaq bu generatorların “Azərişıq”ASC-nin balansına verilməsi idarə rəisi Saleh Abdullayevin həmin generatorları şəxsi maraqlarına uyğun istifadəsi anlamına gəlmir.Ən əsası Saleh Abdullayevin iştirakı ilə köçkünlərə guya “qanunu sənəd” kimi nümayiş etdirilən həmin aktın üzərində gün və ay göstərilməyib.Aktın fotosunu təqdim edirik:




Maraqlıdır,aktda 3 generatorun ümumi qiymətinin cəmi 556.960 manat etdiyi halda nədənsə cəmi 412.056 manat yazılıb.Biz isə redaksiya olaraq “Aradan çıxarılan”,yoxsa “yaddan çıxan” 144 min 904 manatdan danışmaq istəmirik.
Məcburi köçkünlərin verdiyi məlumata görə,generatorun naməlum səbəblərdən naməlum istiqamətdə aparılması ilə bağlı Saleh Abdullayevin ilk cəhdi noyabr 2018-ci il tarixdə,ikinci cəhdi isə 12 yanvar 2019-cu il tarxidə olub.Lakin həmin ərəfələrdə köçkünlərin ciddi etirazı və “generator elçiləri”nin əllərində “qanuni sənəd”lərin olmaması cəhdləri boşa çıxarıb.İşçilərinin “bacarıqsızlığı”nı görən RETSİ-nin rəisi Saleh Abdullayev üçüncü cəhddə özü şəxsən iştirak edib və “Qaçqınkom”un Mingəçevirdəki sabiq nümayəndəsi “Seyid Hüseyin”in “danılmaz xidmətləri” sayəsində,o cümlədən axtarıb tapdıqları “qanuni akt” əsasında köçkünləri yola gətirə bilib.Beləliklə,”generator əməliyyatı” uğurla başa çatıb.

Məcburi köçkünlərdən biri generator aparılan günün lentə aldığı videogörüntünü redkasiyamıza təqdim edib:

Təəssüf ki,Yeni qəsəbədə yaşayan məcburi köçkünlər aldadıldıqlarını gec başa düşüblər.İndi onlar aidyyatı qurumların rəhbərlərindən,xüsüsən “Azərişıq”ASC-nin prezidenti səlahiyyətlərini icra edən Vüqar Əhmədovdan onun regional nümayəndəsinin atdığı addımın qanuna uyğun olub-olmamasının araşdırılmasını istəyirlər.Məcburi köçkünlər “Azərişıq”ASC-nin rəhbəri Vüqar Əhmədovdan xahiş və tələb edirlər ki,tabeliyində çalışan və “Azərenerji”ASC-nin prezidenti Balababa Rzayevin “sevimli” kadırı kimi ad çıxarmış,ondan başqa heç kimlə hesablaşmayan, hətta onunla fəxr edən,Baba Rzayevdən başqa rəhbər tanımayan Saleh Abdullayevin barəsində ölçü götürülsün.Əks halda onlar ölkə başçısı Cənab İlham Əliyevə videomüraciət edəcklərini deyirlər.

2014-2015-ci illərdə qəsəbənin tikintisində çalışmış işçilərin və məcburi köçkün Vəli Həsənovun bildirdiyinə görə,binaların inşaası layihısi çərçivəsində buraya qoyulmuş dizel generatorları ehtiyat enerji mənbəyi üçün nəzərdə tutulub.Məqsəd isə fövqəladə vəziyyət və təbii fəlakətlər,elektirik xətlərində baş vermiş uzunməddətli qəzalar zamanı hündür mərtəbəli binalarda ən azı liftlərin işləməsini və orada qalmış insanların xilas edilməsini təmin etməkdir.

Yuxarıdakı fotolar “rəhmətlik”generatorun varlığı zamanı çəkilib.Aşağıdakı fotolar isə “generator əməliyyatı”ndan sonrakı,yəni indiki fotolardır.

Redaksiyanın əldə etdiyi məlumtalara görə,“Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev uzun illərdir məmur kimi fəaliyyət göstərsə də,o təkcə Mingəçevirdə dəyəri milyonlara ölçülən biznes obyektlərinə və daşınmaz əmlaklara sahibdir.Onun idarə daxilində həyata keçirdiyi idarəetmə mexanizmləri və kadr təyinatları isə geniş bir araşdırma mövzusudur.Hətta,iş o yerə çatıb ki,mingəçevirlilər arasındfa belə bir deyim də var:”Saleh müəllimin(?) rəhbərlik etdiyi idarə Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) yox,”Abdullayev”MMC-dir”.Çünki adıçəkilən idarədə onun təxminən 17 nəfər yaxın qohumları və ailə üzvləri işləyir.Bu da “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki,növbəti yazımızda Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev tabeliyində çalışan qohumlarının adlı siyahısını dərc edəcəyik…

Görəsən,Saleh Abdullayev köçkün qəsəbəsindən apardığı qiyməti 144.904 manat olan 700 KVA-lıq dizel generatorunun yerləşdirildiyi yeri və ya obyekti rəsmi şəkildə məcburi köçkünlərə göstərə bilərmi???

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26