Interposta.Info

“Azərİşıq” qanunsuz olaraq

Ölkə
 12-02-2017, 23:14     1 462

“Azərİşıq” qanunsuz olaraq

interposta.info xəbər verir ki, Xeberdar.net-ə verilən məlumata görə, məcbuiri köçkün abonentlər üçün dövlət tərəfindən“Azərişıq” ASC-ə ödənilən pulun 1 yanvar 2017-ci il tarixinə qədər sərf olunlmamış (qənaət olunmuş) qalığı “Azərişıq” tərəfindən heç bir rəsmi qərar olmadan sıfirlanıb. Bu isə məcburi köçkün abonentlərin haqlı narazılığına səbəb olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən həmin pulun yanvar ayının 1-nə qədərki müddət üçün “Azərişığ”a tam ödənildiyi bildirilir.
Lakin Məcburi köçkünlər bu gözlənilməz hadisəyə “Azərişıq”dan aydınlıq gətirilməsini istəsələr də heç bir dəqiq cavab verilmir və əsaslandırılmır
“Azərİşıq” qanunsuz olaraq məcburi köçkünlər üçün ödənilmiş pulu mənimsəyir
Xatırladaq ki, 1 yanvar 2017-ci il tarixinə qədər məcburi köçkün ailələrinə adambaşına 150 kv-saat (6 qəpikdən– 9 manat, 7 qəpikdən – 10.5 manat) elektrik enerjisinin pulu Azərişığa ödənilirdi. Qeyd olunan tarixdən sonra isə həmin pul yardım kimi məcburi köçkünlərin özünə ödənilir. Xüsusən yay aylarında adambaşına 150 kv-saatlıq limitdən az işıq yandırmış məcburi köçkünlərin qənaət etdikləri pul isə indi “Azərişıq” tərəfindən müəmmalı şəkildə mənimsənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl bu problemə görə məcburi köçkünlərlə Xətai rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşları arasında insident yaşanmışdı.
“Azərİşıq” qanunsuz olaraq

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a açıqlama vermişdi.

Qurum rəsmisi bunların şayiə olduğunu deyib:

“Məsələ ilə bağlı kimin şikayəti varsa, yaradılan qərargaha müraciət edə bilər. Belə bir problem ola bilməz. Narazılığı olan varsa, buyursun müraciət etsin. Qeyd edim ki, şikayətlər fərdi qaydada araşdırılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmanda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.https://xeberdar.net/10168-azershiq-qanunsuz-olaraq-mecburi-kochkunler-uchun-odenilmish-pulu-menimseyir.html

interposta.info

“Azərİşıq” qanunsuz olaraq

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26