Interposta.Info

“Milli Kino Mükafatı” qalibləri açıqlandı

Paradoks
 26-07-2019, 14:59     10 410

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı” qaliblərinin adını açıqlayıb.

Mədəniyyət Nazirliyindən "İnterPosta"-ya verilən məlumata görə, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26