Interposta.Info

Xalq artisti 72 yaşını qeyd edir

Mədəniyyət
 6-11-2017, 12:56     9 549

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyevanın doğum günüdür.

interposta.info xəbər verir ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb.

1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan Zərnigar Ağakişiyeva 2011-ci ilədək bu teatrın səhnəsində rəngarəng obrazlar qalereyası yaradıb.

Aktrisa müxtəlif televiziya tamaşaları (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və s.), filmlərdə (“Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) yaddaqalan obrazlar, xarakterik rolların ifaçı kimi tamaşaçılar tərəfindən sevilib.

Zərnigar Ağakişiyeva 1982-ci ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatı ilə təltif olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26