Interposta.Info

“Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır” – Məşhur pianoçudan Xanlarovaya sərt cavab + VİDEO

Paradoks
 2-03-2019, 21:59     10 461

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına sərt münasibət bildirib.

Buna səbəb Zeynəb Xanlarovanın görüşün axarını dəyişmək niyyəti olub.

Qeyd edək ki, səmimi şəraitdə keçən görüşdə yaradıcı şəxslərin öz problemlərini açıqlaması Zeynəb Xanlarovanı nədənsə narahat edib. O, tanınmış mədəniyyət və incəsənət xadimlərinin təmsil olunduqları cameəni, həmçinin bütövlükdə cəmiyyəti narahat edən problemləri qabartmasına qarşı çıxıb. Bu görüşdə də hamını “hər şey əladır”, “heç bir probem yoxdur”, “sürətlə inkişaf edirik” və sair bu kimi çıxışlar etməyə çağırıb. Dolaysıyla Prezidentin səmimi şəkildə yaradıcı insanların dərdini dinləmək üçün keçirdiyi görüşü də qeyri-səmimi, ənənəvi bir toplantıya çevirməyə cəhd edib.

Ancaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu Fərhad Bədəlbəyli əsl ziyalı mövqeyi ortaya qoyaraq, Zeynəb Xanlarovanın bu niyyətinin kerçəkləşməsinin qarşısını alıb.

Məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” – deməsinə mədəni, ancaq kifatət qədər də sərt reaksiya verib:

“Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da ( Xalq artisti Firəngiz Əlizadə), Anar da (Xalq yazıçısı Anar Rzayev) böyük ittifaqların sədrləridir.

Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi.

Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm.”
Başa düşən üçün çox sərt və yerində verilmiş cavab idi./azpolitika.info

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26