Farsdilli irançı rejimdən daha bir nadanlıq

Urmiyadan yazırlar ki, Azərbaycan türk mütəfəkkiri Abdullah Şaiqin "Tülkü həccə gedir" uşaqlar üçün yazılmış kitabı sözdə İranın kültür-sənət nazirliyinin izni ilə bir il bundan öncə Urmiyada Cavad Velizadə tərəfindən tərcümə edilib Azərbaycan türkcəsində yayınlanıb. Ancaq bu günlərdə həmin kitab sözdə İran İslam rejiminin İnqilab mühafızlarının propagandası sonucunda kitap satış mağazalarından qeyri-qanuni şəkildə toplatlaraq yandırılması qərarı alınıb.
İnterPosta.info-ya açıqlama verən Faiq Ələkbərli bildirir ki, şübhəsiz, farsdilli irançı rejimin bu addımı nadanlığın daha bir çirkin nümunəsidir. İslam dininə heç bir dəxli olmayan fars-Qərbçi şiəçilik və irançılıqla türk dövlətində qeyri-qanuni hakimiyyət sürən rejimi qorxudan həmin əsərdə olduğu kimi iç üzünün açılmasıdır. Hər halda, farsdilli irançı rejimin əsil mahiyyəti tülkünün həccə getməsi ilə üst-üstə düşür. Ona görə də, belə bir qeyri-qanuni rejimin artıq öz mövcudluğunu qoruması mümkün deyildir.
Doç., dr. Faiq Ələkbərli
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26