Interposta.Info

İmişli fermerlərinə qarşı məmur özbaşınalığı-Şikayət

Paradoks
 16-10-2018, 23:23     10 490

İmişlidə Prezident İlham Əliyevin hansı Sərəncamı yerinə yetirilmir?
Pambıqçı fermerlər cinayətkar dəstənin “pripiska” oyunbazlıqlarından zara gəliblər. Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində yürütdüyü siyasəti, ümumiyyətlə, onun bütün sahələr üzrə verdiyi tapşırıq və sərəncamları kənd təsərrüfatı sahəsini də əhatə etməkdədir. Xüsusilə, fermer təsərrüfatlarının daha geniş spektrda fəaliyyəti üçün dövlət başçısının yaratdığı şərait istər aqrar sahənin inkişafına, istərsə də yeni iş yerlərinin açılmasına, o cümlədən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması faktoruna söykənir.
Daha çox strateji məhsulların əkilib-becərilməsinə diqqət ayrılmaqdadır. Məhz həmin məhsullara daxil olan sahələrdən biri də pambıqçılıqdır. Əbəs deyil ki, ölkə rəhbərimiz 2016-cı ilin 22 sentyabr tarixində Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalayıb və həmin sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması barədə mühüm fikirlər yer alıb. Ötən ilin 28 mart tarixində Saatlı rayonunda, bu ilin 26 mart tarixində isə Bərdədə pambıqçılığın inkişafına dair ümumrespublika müşavirələri keçirilərək, Prezident İlham Əliyevin xüsusi tövsiyə və tapşırıqları dinlənilib. Lakin təəssüflə qeyd etməliyik ki, dövlət başçımızın bu sahə üzrə verdiyi tapşırıqları yerlərdə bir sıra dövlət məmurları tərəfindən qulaqardına vurulur, Sərəncamda vurğulanmış müddəalar ümumiyyətlə, bir kənara atılır. Halbuki, dövlət başçımız digər çıxışlarında da xüsusilə vurğulayıb ki, Onun özü ilk növbədə Azərbaycan xalqının xidmətçisidir və hər bir məmur öz işini qurarkən, bu sözləri xatırlamalı, xalqa xidmətində dövlət başçısından ibrət götürməlidir.
İmişlinin pambıqtəmizləmə zavodunda kimlər hansı üsullarla dövlətin cibinə girirlər?
Onun bu göstərişlərinə baxmayaraq, ölkəmizdə pambıqçılıq ənənəsi olan İmişli rayonunda başda İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev olmaqla, ifrat özbaşınalıq və dərəbəylik hökm sürür. Bununla bağlı redaksiyamıza şikayət məktubu ilə müraciət edən İmişli rayon sakinləri - fermerlər, Qərəvəlli kəndindən Adəm Əliyev və Cavadxanlı kəndindən Fətullayev Əliqismət Məmmədağa oğlu rayon rəhbərliyi, eləcə də müvafiq şəxslər tərəfindən onlara və digər fermerlərə qarşı aparılan çirkli oyunlardan, korruppsiya hallarından yazıblar.
Hələ bir müddət əvvəl onlara qarşı yaradılan süni əngəllər, halal zəhmətlərinin mənimsənilməsi, rüşvət və korrupsiya ilə bağlı Prezident İlham Əliyev cənablarına, surəti Respublikanın Baş prokuroru Zakir Qaralova, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, eləcə də Kənd Təsərrüfatı nazirliyinə şikayət məktubu ünvanlayıblar. Şikayətçi Əliqismət Fətullayev sözügedən məktubunda bildirib ki, İmişli rayonunun pambıqtəmizləmə zavodunun direktoru Oqtay Gülmalıyev, zavodun laboratoriyasının müdiri Güllü Əliyeva, baş əmtəəşünas Qəhrəman Qardaşov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bilavasitə cinayət əməlləri törədirlər. Onların hansı əməllər törətmələri isə, sadəcə, şok yaradır! Oqtay Gülmalıyev-Güllü Əliyeva-Qəhrəman Qardaşov triosunun fermerlərə qarşı “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipləri Belə ki, nə dövlət başçısına, nə də Onun Sərəncamlarına heç bir əhəmiyyət verməyən bu cinayətkar qrup Cənab İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyinə ayırdığı külli miqdarda vəsaiti mənimsəməkdə davam edirlər. Pambığın hər kiloqramına görə 10 qəpik subsidiya fermerlərin alın tərlərindən, çəkdikləri zəhmətlərindən açıq-aşkar oğurlanır! Yəni, 2017-ci ildən bu yana həmin vəsaitlər fermerlərə verilmir. Bu isə o deməkdir ki, “Burada mən, Bağadadda kor xəlifə” prisnipndən çıxış edən Oqtay Gülalıyev və onun əlaltıları – Güllü Əliyeva və Qəhrəman Qardaşov Azərbaycan xalqının Ali atributu və dövlət başçısı – Prezident İlham Əliyevin (!) tövsiyə və tapşırıqlarına nəinki əməl etməyərək, korrupsiyaya qurşanırlar, üstəlik, şikayət edən fermerlərə hədə-qorxu gəlir, təsərrüfatlarını bağlatdıracaqları ilə təhdid edirlər. Elə də uzağa getməyərək, redaksiyamıza və eyni zamanda yuxarıda qeyd olunmuş dövlət instansiyalarına ünvanlanmış şikayət məktubunda edilmiş qeydə nəzər salaq.
SİTAT: “Bu ildə pambığın hər kiloqramına 65 qəpik pul hesablanır. Zavodun direktoru O.Gülmalıyev vəzifəsndən sui-istifadə edərək, Baş şirkət tərəfindən əmtəəşünas Qəhrəman Qardaşovun 200 ton pambığı əksik olduğu üçün, onu vəzifəsindən azad etmişdir. Lakin zavodun direktoru Oqtay Gülmalıyev yenidən onu işə götürüb. Onun hesabında olan pambığı mən ödəyəcəm. Necə ödəyəcək?”. Rayonun icra başçısı Vilyam Hacıyev “krışa” rolunda, yaxud, 18 tondan 4 ton pambıq yalnız İmişlidə tutula bilər.

Göründüyü kimi, rayonda, xüsusilə İmişli rayonunun pambıqtəmizləmə zavodunda əməlli-başlıca özbaşınalıq hökm sürür. Söz yox ki, bu özbaşınalıqların arxasında necə deyərlər, “krılaşlıq” edənlər də var. Misal üçün, rayon rəhbərliyi! Ancaq bu mövzuya digər yazımızda toxunacağıq. İndi isə qayıdaq yenidən sözügedən mövzumuza. Beləliklə, bu hadisələrdən zara gəldiklərini yazan şikayətçilər əlavə edirlər ki, bu cinayətkar dəstə fermerlərin böyük zəhmət hesabına əldə etdikləri pambığın 40 %-ni məhz özlərinə götürürlər. Belə ki, zavodun direktoru, laboratoriya müdiri və baş əmtəəşünas pambığın 5,8%-nin nəmli olduğu halda, məhz Güllü Əliyevanın əli ilə 30,25 % pambığı mənimsəyirlər! “Mənim 18 ton pambığımdan 4 ton pambıq tuturlar. Belə edirlər ki, mənim kimi fermerlər və müqaviləçiləri dövlətdən narazı salırlar”, deyə bildirən şikayətçi əlavə edib ki, bu səbəbdən, yaradılan süni əngəllərdən, cavabdeh şəxslərin korrupsiyaçılıq əməllərindən təngə gələrək, artıq 2019-cu ildən pambıq əkməmək qərarındadırlar. Ağ qaiməyə imza at, ayağına lüzumsuz mal-material yazılsın, sonda da zavoda borclu qal! Belə ki, fermerlər nəinki öz xərclərini çıxara bilmirlər, üstəlik, zavoda da borclu qalırlar. Bunun isə digər səbəbi də var. Yuxarıda adları çəkilən cavabdeh şəxslər fermerlərə ağ qaimələrə imza atdırırlar. Daha dəqiq desək, onların ayaqlarına mal-material, sərfiyyat və s. lüzumsuz vasitələr yazılır və sonda zavod fermerlərə deyil, əksinə fermer zavoda borclu qalır. Beləliklə, pambıq “pripiskası” kimi də adlandırılan bu cür kirli və haramçılıq əməlləri dövlət başçısı cənab İlham Əliyevin pambıqçılığın inkişafına dair verdiyi Sərəncamı, tövsyiə və tapşırıqlarını açıq-aşkar heçə endirir. Çox yəqin ki, dövlətin müvafiq qurumları bu məsələni tez bir zamanda nəzarətə götürərək, strateji məhsulla bağlı yaranmış narazılıqların əsl səbəbkarlarını qanun aliliyinin bütün məcraları daxilində araşdırıb, ədalətli nəticə hasil edəcəklər. Şikayət əsasında araşdırmamızı isə davam etdirəcəyik./ XəbərAl.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26