AZƏRBAYCAN TƏHSİLİ ELNUR “BƏLA”SINDAN XİLAS OLDU - MÜƏLLİMLƏR QURBAN KƏSDİ
Təhsil nazirliyinin “alternativ nazir”i də vəzifədən azad edildi
Mikayıl Cabbarovun vəzifədən azad olunaraq vergilər naziri təyin olunmasından sonra hələ ki, Təhsil naziri postu boş olaraq qalır. Hər gün bir neçə şəxsin adı nazir kimi hallandırılsa da hələ ki, rəsmi qərar verilməyib. Bu səbəbdən də bir çox maraqlı qüvvələr nazir postu ətrafında stimulyasiyalar edirlər.
Kimliyindən asılı olmayaraq yeni nazirin təbii ki, nazirlikdə kadr dəyişiklikləri edəcəyi gözləniləndir. Bu sırada M. Cabbarovun yaxın ətrafının da nazirlikdən uzaqlaşdırılacağını proqnozlaçdırmaq olar.
Rubrika.az saytına daxil olan məlumata görə hələ ki, yeni nazir təyin olunmasa da M. Cabbarovun yaxın çevrəsinin nazirlikdən təmizlənməsi prosesinə start verilib. Mikayıl Cabbarovla birlikdə vəzifə pillələrində irəliləyən, son zamanlar isə Təhsil nazirliyində əsas söz sahiblərndən birinə çevrilən, nazirlikdə vəzifələrini saymaqla qurtarmayan “alternativ nazir” Elnur Əliyev aparat rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
Keçmiş nazir Mikayıl Cabbarova yaxınlığından istifadə edən Elnur Əliyev Bakı şəhər Təhsil İdarəsini və nazirliyin bir neçə aparıcı idarəsini idarə edirdi. O, Təhsil Nazirliyinin “kardinalı” , Sosial media lahiyəsinin rəhbəri, nazirlikdə İnformasiya şöbəsinin müdiri, Aparat rəhbərinin səlahiyyətlərini icra edirdi. Eyni zamanda Elnur Əliyevin nazirlikdə direktorların işə qəbulu ilə bağlı keçirilən komissiyalarda, xarici diplomların təsdiqlənməsində” əsas söz sahiblərindən biri olması da məlum idi.
M. Cabbarovun dövründə dərsliklərdən gələn gəlir və dərsliklərin çapı Elnur Əliyevin nəzarətində idi. Bakı Şəhər Təhsil İdarəsi də birbaşa onun nəzarəti altında fəaliyyət göstərirdi.
Elnur Əliyev həmçinin, rayonların demək olar ki, əksəriyyətində RTŞ -lərə yerləşdirdiyi İnformasiya Şöbəsinin əməkdaşları vasitəsi ilə RTŞ müdirlərinə nəzarət edirdi. Təhsil Nazirliyinin İnsan Resursları, Ümumtəhsil, Daxili Nəzarət, Maliyyə , Dərslik və bir neçə kiçik şöbələri də məhz onun tabeçiliyində idi.
Əmək fəaliyyətinə JEK rəisi olaraq başlayan E. Əliyev daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi olub. Daha sonra isə təhsil sisteminə yaxından uzaqdan heç bir aidiyyatı olmayan E. Əliyev qeyd etdiyimiz kimi Təhsil nazirliyində demək olar ki, bütün strateji postlara nəzarət edib.
Bütün karyerasını yaxın qohumu Mikayıl Cabbarova borclu olan Elnur Əliyev ondan sonra heç bir həftə də duruş gətirə bilmədi. Hələ təzə nazir təyin olunmamasına baxmayaraq bütün fəaliyyəti ilə Azərbaycan təhsilinə sağalmaz zərbələr vuran E. Əliyev vəzifədən kənarlaşdırıldı. Bəlkə də M. Cabbarov onu yenə də sahibsiz buraxmayacaq, Vergilər nazirliyində formalaşdıracağı komandasında yer verəcək. Ancaq, əsas odur ki, Azərbaycan təhsili “Elnur Əliyev bəlası”ndan xilas oldu./Rubrika.Az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26