Interposta.Info

Mikayıl Cabbarovdan yeni təyinatlar

Ölkə
 16-01-2018, 10:50     9 248

Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.

interposta.info
xəbər verir ki, modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Cabbarov özünə 4 yeni müşavir təyin edib.

Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir.

Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.

Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsinən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26