Interposta.Info

Yeni nazir hansı kadr dəyişikliyi edib?

Ölkə
 8-12-2017, 13:15     10 545

Vergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 15 müşaviri də iş başındadır.

XeberBiz xəbər verir ki, bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb:

"Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov Vergilər naziri vəzifəsindən azad edilib. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26