Interposta.Info

Masazır bələdiyyə sədrinə qarşı şok ittihamlar

Paradoks
 14-08-2017, 16:45     11 091

Ləğv edilmiş MTN ilə bağlı olan hal hazırkı dövlət quluqçuların siyahısında cinayətkar dəstəyə maddi və mənəvi dəstəyi olan Abşeron bələdiyyə sədri Siyənfər Əliyevin barəsində mediada xeyli yazılar dərc olunub.

Media üzərində apardığımız araşdırma zamanı cumhuriyyet.net olaraq keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsindən sonra onlara xidmət edən dəstə ilə də bağlı bir çox məlumatlara rast gəldik. Cinayətkar dəstəyə xidməti ilə digər xidmətçilərdən seçilən Masazır qəsəbə Bələdiyyə sədri Siyənfər Əliyev barəsində keçmiş kürəkəninin və medianın verdiyi məlumatlarda ləğv edilmiş MTN genralı Çovdarovun sağ əli kimi tanınan biznes şərikliyi olan Siyənfər Əliyevin məsuliyyətdən hansı dostlarının sayəsində azad edildiyi müəmmalara da aydınlıq gəlir.
Bələdiyyə sədrinin keçmiş kürəkəni hal-hazırda onun əlindən qan ağlamaqdadır. Belə ki, cumhuriyyet.net olaraq Rüfət Hüseynovun keçmiş qaynatasına qarşı mediada yer alan ilginc ittihamlarına rast gəldik. Bildirək ki, o, Siyənfər Əliyevin qızı Elza ilə ailə həyatı qurub. 15 il evli olan cütlük tərəflərin razılığı əsasında ayrılıblar. Məhz elə bundan sonra S.Əliyev tərəfindən təzyiqlərlə üzləşən R.Hüseynov mətbuata müraciət edərək adına olan evin saxta sənədlər əsasında satıldığını və onun evi boşaltması üçün təhkidlər edildiyini vurğulayıb. O qeyd edir ki, ailəli olarkən həyat yoldaşına verdiyi etibarnaməni 2015-ci ildə 2 saylı Asan Xidmət daxilində yerləşən Notariat kantorunda ləğv edib. Mülkü etibarnamənin ləvğ edilməsindən 6 ay sonra hadisələr cərəyan edib. Ləvğ edilmiş etibarnamə əsasında Binəqədi rayonunda yerləşən Məmmədov İlqar Aydın oğlunun rəhbərlik etdiyi 11 saylı Notariat kantorunda R.Hüseynova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 29, mənzil 77 (ümumu sahəsi 48.29 kv.) onun iştirakı olmadan satılmışdır. Rüfət Hüseynov bildirib ki, 3-4 gün bundan öncə onun qapısını döyən keçmiş həyat yoldaşının yaxın qohumu evin ona satıldığını və ona məxsus mənzilin boşaldılmasını tələb edib.

Masazır bələdiyyə sədrinə qarşı şok ittihamlar



R.Hüseynovun həmin şəxsə “mən mənzilimi heç kəsə satmamışam” deməsi kifayət etməyib. Qeydri-qanuni yolla evin satılaraq sahibindən xəbərsiz sənətlərin digər vətəndaşın adına keçməsi R.Hüseynova təqdim edilən Çıxarışla (Seriya № 0964316) evin ona məxsus olduğunu iddia edir. Rüfət Hüseynov isə öz növbəsində bu mənzilin kim tərəfindən ona satıldığını o şəxsin kimliyin xəbər almağa çalışsada qarşı tərəf bunun ona aidiyyatının olmadığını bildirməkdədir. Mənzilin sahibindən xəbərsiz adına keçirilən şəxsin tanınmış banklardan birinin problemli kreditlər şöbəsinin əməkdaşı olduğu vurğulanmaqdadır. Rüfət Hüseynovun qanuni haqqını tələb etməsinə, qarşı tərəfin möhlət verməkdən boyun qaçırması artıq məsələnin qurma olduğundan xəbər verməkdədir.
Masazır bələdiyyə sədrinə qarşı şok ittihamlar



Məlum olub ki, Çovdarov dəstəsinə xidmət edən Siyənfər Əliyev təhlükədən yayınmaq məqsədi ilə əvvəldən şərik olduğu icra başçısına müraciət edərək onu qorunmasına görə xahiş edib. Masazır qəsəbəsində yerləşən LUGANO adlı restorana icra başçısı ilə şərik fəaliyyətindən irəli gələn münasibət xahişinin yerə salınmamasında böyük rol oynamışdır. Mətbuat üzərində aparılan araşdırmalara görə isə Siyənfər Əliyevin biznesi bununlada bitmək bilmir. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda isə bələdiyyə sədri Türkiyə, Fransa və Rusiyada olan mülklərinin sayını artıq itirib. Azərbaycanda torpaq almaq vətəndaşlara o qədər baha başa gəlirki illərlə işləyib bir sot torpaq zorla almaq mümkün olur. Amma dövlət qiymətinin reallıqdan qat-qat aşağı olması faktı Siyənfər Əliyev kimilərinin dövlət büdcəsinə vurduğu ziyanın hesabsız olduğunu göstərməkdədir.
Masazır bələdiyyə sədrinə qarşı şok ittihamlar



Masazır bələdiyyəsinin verdiyi hesabatlarda il ərzində neçə milyon mənimsəməsi gizlədilərək şəxsi hesablarına keçirilməsinə xidmət edən karusel yaradılıb. Azərbaycanın bir çox bölgə və şəhərlərində mülk sahibi olmağı qarşısına məqsəd qoyan S.Əliyev hakim dairələri yerli icra hakimiyyətlərini aldatmağa nail ola bilib. Bu azmış kimi özünə yaxın olan şəxsləri imkanlı biznesmenlər kimi cəmiyyətə təqdim etməyidə yaddan çıxarmayıb. Hal-hazırkı kürəkəni Vüsalın heç bir iş sahibi olmaması faktı və bununla yanaşı bir imperator kimi yaşaması ictimaiyyətin gözündən yayınmayıb. Xarici avtomobil və Masazırda 2 mərtəbəli ev sahibi olan kürəkəni hansı qazancla bu mal-mülkün sahibi ola bilib – deyə sual edirik. Qardaşının idarə etdiyi Fermanın əsil sahibi Siyənfər olmasına baxmayaraq fermer kimi qardaşı irəli verilir. Nədənsə S.Əliyevin bir çox biznesi məhz Abşeron ərazisinə təsadüf edir ki, buda Akif Çovdarovla şəriklik dövründə qurduğu imperiyanın qalıqlarıdır.
Masazır bələdiyyə sədrinə qarşı şok ittihamlar



Redaksiyamıza etibarlı mənbələrdən bildirilib ki, S.Əliyev tək Masazırda deyil həmçinin Xırdalan şəhəri, Yasamal rayonu, Nəsimi və Nərimanov ərazilərində mülklərinin mövcud olması ilə bağlı fotolarda təqdim edilib. BakuNews.az-a daxil olan ən ilginc məlumat isə Siyənfərin oğlunun məhz ona necə qardaş sayılmasıdır ki, bunlarda sənətlərlə təsdiqini tapır. Bundan əlavə Akif Çovdarovdan kürəkənin xəbəri olmadan zəng edərək onun Nəqliyyat nazirliyinə işə düzəldilməsini xahiş etməsidə məhz A.Çovdarov və S.Əliyevin sıcaq münasibətindən xəbər verməkdədir.
Masazır bələdiyyə sədrinə qarşı şok ittihamlar



Kürəkənin mətbuata verdiyi bilgilərə görə isə MTN ləğvindən sonra onun işə qəbul edilməsinin keçmiş qaynatasının A.Çovdarova xahişi nəticəsində olduğunu işdən azad edildikdən sonra xəbər tutub. Ləğv edilmiş Nəqliyyat nazirliyinin nəzdində İri qabaritli ağır çəkili yüklərə nəzarət idarəsində işləyən Rüfət Hüseynov Keçmiş genralın tapşırığı ilə işə götürülməsinə baxmayaraq bələdiyyə sədrinin göstərişi ilə işdən azad edilib. Bütün bunlardan da məlum olur ki, həmin idarədə məhz Çovdarov xofunun hökümranlığını Siyənfər Əliyev miras olaraq idarə etməkdədir. Kimlərin işliyib işləməməsinə bələdiyyə sədri diqqtəsi kifayət etməkdədir.
Masazır bələdiyyə sədrinə qarşı şok ittihamlar



Axundov Emin Müzəffər oğlu (Saray postunda DYP əməkdaşı vəzifəsində çalışır. Bundan əvvəl isə Qaradağ postunda işləyib.) əslində kimdir. Emin əslində Siyənfər Əliyevin doğma oğludur. Amma nədənsə sənətlərdə Emin Əliyev Siyənfər oğlu deyil, Emin Axundov Müzəffər oğlu olaraq qeyd edilib. Sənətlərin nə üçün dəyişik yazılması ilə maraqlananda isə ata və oğulun hər ikisi Müzəffər oğlu olması diqqət çəkdi. Belə çıxır ki, Emin Siyənfərlə ata oğul yox qardaş sayılırlar. Məsələ sənətlər üzərində edilən dəyişikdəndə ötəyə getmişdir ki, Emin Axundovun dövlət quluğunda olduğu halda cinayət törədərək hadisə yerini tərk etmiş və onun cinayətini dayısı Raqif üzərinə götürmüşdür-deyə mənbə bildirir. Cinayət tərkimi olan bir hadisənin istintaqını yayındıraraq cinayət motivini gizlədilməsinə nail olmaq üçün məhz Akif Çovdarovun köməkliyindən istifadə edilmişdir. Bu ittiham dövlət qurumları tərəfindən araşdırılması üçün tərəfimizdən DİN-nə yazılı olaraq müraciət ediləcəkdir ki, həmin dövrdə cinayətin törədilməsi ilə bağlı yenidən araşdırılma qaldırılsın.
Ardı var.
Araşdırmamız davam edir.
Redaksiyadan: Yazıda adları keçən qurum və şəxslərin iddialara qarşı mövqeyini dinləyib fikirlərini dərc etməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26