Interposta.Info

Narkoman bələdiyyə işçisinin kimliyi açıqlandı - Qayınatası vəzifəli məmurdur

Ölkə
 21-10-2017, 10:28     10 383

Bakıda narkotikə görə həbs edilən bələdiyyə işçisinin kimliyi açıqlanıb.

interposta.info ölkə.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs 1979-cu il təvəllüdlü Quliyev Rövşən Məhsur oğludur. O, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəliyinin sədri Ağasəlim Əliyevin qızının həyat yoldaşıdır.

Qeyd edək ki, yayılan məlumatlara görə, R. Quliyev üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26