Interposta.Info

Çovdarovun sadiq adamı Bələdiyyə sədri kürəkəninin evini əlindən aldı... -

Paradoks
 7-05-2017, 18:48     759

interposta.info zəbər verir ki, BakuNews.az-a Masazır bələdiyyə sədri Siyənfər Əliyevlə bağlı şok iddialarla mlumat daxil olub.
Öncə diqqətinizə çatıraq ki, Abşeron rayon Masazır qəsəbə bələdiyyəsinin sədri bir çox qalmaqalı məsələlərdə adı halanmaqdadır.

Medianın gündəmindən ləğv edilmiş (MTN) genralı ilə əlaqələndirilən bələdiyyə sədri S.Əliyevin səngimək bilməyən silsilə yazıları dərc edilməkdədir. Mətbuat üzərində apardığımız araşdırmalardan əldə edilən məlumatlarda MTN genralı Akif Çovdarovla sıcaq münasibətlərinin olması, hətta həbs edilən genrala hektarlarla torpaq bağışlaması ilə bağlı məlumatlar yer almaqdadır. Digər mənbələrdə isə A.Çovdarovla bu münasibətlərin sıcaqlığından onunla şərik biznes əlaqələrinin olmas qeyd edilən məlumatlardandır. Hər halda bu media üzərində aparılan arşdırmaların əsaslı təsdiqçisi olmasıda bu şəxsin cinayətkar dəstə ilə əlbir olmasından xəbər verməkdədir.
Çovdarovun sadiq adamı Bələdiyyə sədri kürəkəninin evini əlindən aldı... -


Kürəkən danışdı...

Redaksiyamıza müraciət edən Bələdiyyə sədrinin keçmiş kürəkəni hal-hazırda onun əlindən qanağlamaqdadır. Belə ki, R.Hüseynov keçmiş həyat yoldaşı Siyənfər Əliyevin qızı Elza ilə ailə həyatı qurub. 15 il evli olan cütlük tərəflərin razılığı əsasında ayrılıblar. Məhz elə bundan sonra S.Əliyev tərəfindən təzyiqlərlə üzləşən R.Hüseynov Bakunews.az-a müraciət edərək adına olan evin saxta sənədlər əsasında satıldığını və onun evi boşaltması üçün təhkidlər edildiyini vurğulayıb. O qeyd edir ki, ailəli olarkən həyat yoldaşına verdiyi etibarnaməni 2015-ci ildə 2 saylı Asan Xidmət daxilində yerləşən Notariat kantorunda ləğv edib. Mülkü etibarnamənin ləvğ edilməsindən 6 ay sonra hadisələr cərəyan edib. Ləvğ edilmiş etibarnamə əsasında Binəqədi rayonunda yerləşən Məmmədov İlqar Aydın oğlunun rəhbərlik etdiyi 11 saylı Notariat kantorunda R.Hüseynova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 29, mənzil 77 (ümumu sahəsi 48.29 kv.) onun iştirakı olmadan satılmışdır. Rüfət Hüseynov bildirib ki, 3-4 gün bundan öncə onun qapısını döyən keçmiş həyat yoldaşının yaxın qohumu evin ona satıldığını və ona məxsus mənzilin boşaldılmasını tələb edib.

R.Hüseynovun həmin şəxsə “mən mənzilimi heç kəsə satmamışam” deməsi kifayət etməyib. Qeydri-qanuni yolla evin satılaraq sahibindən xəbərsiz sənətlərin digər vətəndaşın adına keçməsi R.Hüseynova təqdim edilən Çıxarışla (Seriya № 0964316) evin ona məxsus olduğunu iddia edir. Rüfət Hüseynov isə öz növbəsində bu mənzilin kim tərəfindən ona satıldığını o şəxsin kimliyin xəbər almağa çalışsada qarşı tərəf bunun ona aidiyyatının olmadığını bildirməkdədir. Mənzilin sahibindən xəbərsiz adına keçirilən şəxsin tanınmış banklardan birinin problemli kreditlər şöbəsinin əməkdaşı olduğu vurğulanmaqdadır. Rüfət Hüseynovun qanuni haqqını tələb etməsinə, qarşı tərəfin möhlət verməkdən boyun qaçırması artıq məsələnin qurma olduğundan xəbər verməkdədir.
Ardı var.
NÖVBƏTİ YAZIMIZDA:

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26