Interposta.Info

Əkiz bacıların maşınla vurduğu kişi niyə gizlədilir? -

Paradoks / Maqazin
 15-04-2017, 13:49     637

Aprelin 5-də müğənni Sevic və Sevil Səfərovaların törətdiyi qəza nəticəsində xəsarət alan Söhrab Ağayevin səhhəti ilə bağlı məlumatlar gizlədilir.

interposta.info
xəbər verir ki, "Ölkə.Az"-ın əməkdaşı 87 yaşlı kişinin durumunun nə yerdə olduğunu öyrənmək üçün 1 Saylı Şəhər Klinik Xəstəxanası (Semaşko-red.) ilə əlaqə saxlayıb.

Xəstəxanadan əvvəlcə bildirilib ki, S.Ağayev 20 gün əvvəl başqa yerə aparılıb. Hadisənin cəmi on gün əvvəl baş verdiyi xatırladıldıqdan sonra isə fərqli cavab vermək məcburiyyətində qalıblar:

"Deyəsən 10-15 gün əvvəl çıxarıb apardılar. Bilmirik, Mərkəzi Klinikadır, özəl klinikadır. Xəbərimiz yoxdur".

Xatırladaq ki, hadisə aprelin 5-də səhər saat 09:00 radələrində baş verib. Səfərovaların idarə etdiyi “Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, “Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən Söhrab Ağayevi vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mövzunu diqqətdə saxlayacağıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26