Interposta.Info

Bacılardan törətdikləri qəza ilə bağlı açıqlama

Maqazin
 5-04-2017, 13:31     685

Kişiyə heç nə olmayıb. Sadəcə, piyada keçidi olmayan yerdən keçib və qorxub. Ancaq kamera görüntülərinə də baxıblar ki, maşın kişiyə dəymir. Sadəcə ondan narahatıq ki, yaşı çoxdur, 87 yaşı var. Hazırda "Semaşko"dadır.

Bu fikirləri Ölkə.az-a açıqlamasında müğənnilər Sevil və Sevinc Səfərovaların köməkçisi Yeganə Babayeva bildirib.

Y.Babayevanın sözlərinə görə, hazırda məsələ polis tərəfindən araşdırılır.

Sevil və Sevinc Səfərovalar açıqlamalarında ciddi bir şeyin olmadığını bildiriblər:

"Hər şey qaydasındadır. Şükür ki, həm biz, həm o yaxşıdır. Yanındayıq. Narahatçılığa gərək yoxdur. Daha yaxşı olacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26