Interposta.Info

Əkbər Hacıyev Pirəşkülü soyuqdan qırır:

Paradoks
 12-02-2017, 22:37     1 251

Əkbər Hacıyev Pirəşkülü soyuqdan qırır:

Abşeron rayon, Pirəşkül yeni yaşayış massivində yaşayan Elnur Balayev Politika.Az-a məmur özbaşınalığından yazıb

Onun sözlərinə görə, qəsəbədə 1400 ailə yaşamasına baxmayaraq, indiyə qədər “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatındakı problemləri həll etməyib. Qəsəbə sakini qeyd edir ki, qazın təzyiqi çox aşağıdır, yemək bişirmək, çay dəmləmək olmur.

“Abşeron Qaz İdarəsindəvə İcra Hakimiyyətində,sonra “Azəriqaz”ın baş ofisində olmuşuq. Söz verdilər ki, qazın təzyiqi qalxacaq. Bu problemin həlli iki gün çəkdi və yenə də əvvəlki qaydada təzyiq aşağıdır. Bu təzə ildən isə vəziyyət daha da pisləşib.

Həm qazın qiyməti qalxıb, həm də təzyiq yoxdur. Qışın sazağında evlərdə donuruq. “Azəriqaz”ın mətbuat katibi İbrahim Kəlbəliyev deyir ki, ola bilməz, Pirəşküldə qaz var. Hörmətli mətbuat katibindən xahiş edirik, gəlsin özü şahid olsun.

Bu qış 1400 nəfərlik qəsəbə soyuqdan qırıldı. Çünki axşam saat 1-dən sonra qaz gəlir, günorta kəsilir. Əgər belədirsə, gəlib qaz xətlərini söküb aparıb satsınlar, biz də işimizi bilək”.

Politika.Az xəbər verir ki, bu qış “Azəriqaz”ın fəaliyyətindən saysız-hesabsız şikayətlər olub. “Azəriqaz” İstehsalat Birliyindən şikayətlər artır.

Ölkə qaz problemindən əziyyət çəkir. Soyuqlar düşər-düşməz paytaxt Bakı da daxil olmaqla bütün yaşayış məntəqələrində mənzillərə verilən mavi yanacağın təzyiqi aşağı düşüb.

Tarif Şurası noyabrın 28-də kommunal xidmətlərin bahalaşması ilə qərar verib. Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb.

Bakı və Abşeron yarımadasında mavi yanacaq fəlakəti yaşanır. Paytaxtın müxtəlif rayonlarında, o cümlədən Xırdalan, Abşeron, Sumqayıt kimi ərazilərdə qazın verilişində ciddi problemlər yaşanır.

Hər gün abunəçilər “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən şikayətlənir. Onların sözlərinə görə, Əkbər Hacıyevin yarıtmaz idarəçiliyi nəticəsində mənzillər, məktəblər donur.

Abunəçilər qeyd edirlər ki, qaz kartının balansı dolu olsa da, evlərə az verilmir. “Azəriqaz” bu il heç vaxt olmadığı qədər vətəndaşlara işgəncə yaşadır. Artıq sosial mediada etirazlar eşidilməkdədir. Vətəndaşlar şikayətlərini yazırlar.https://gunxeber.com/%C9%99kb%C9%99r-haciyev-pir%C9%99skulu-soyuqdan-qirir-1400-n%C9%99f%C9%99rlik-q%C9%99s%C9%99b%C9%99-qazsiz-qalib/

XeberBoz.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26