Interposta.Info

Bakının qazı “uçub” -

Gündəm
 4-10-2017, 17:13     7 817

Havalar kəskin soyuyandan Bakı və ətraf qəsəbələrin qaz problemi yenidən aktuallaşıb.

BakuPost.az xəbər verir ki, bəzi rayonlarda qaz gün ərzində kəsilir, əksər ərazilərdə isə qaz şam işığı kimi zəif yanır. Əhali çaydanı qaynada, yemək bişirə və çimə bilmədiklərindən şikayətlənir. 104- 185 nömrəli Qaynar xəttə zəng etmək isə problemi həll etmir. Rəsmilər qaz verilməsində problem olmadığını desə də, Bakının Xətai, Xəzər, Binəqədi, Nəsimi, Nizami, Yasamal kimi rayonlarında, Xırdalan şəhərində, Maştağa və Novxanıda qazın təzyiqi çox zəifdir.

Xatırladaq ki, ötən qış da analoji problem yaşanmışdı.

"Azəriqaz” İB-nin rəsmisi İbrahim Kərbəlayev isə sadəcə deyilənləri təkzib etməklə kifayətlənib. O, qaz sərfiyyatının son günlər artdığını və tələbat artdıqca qazın da verilməsinin artırıldığını bildirib: "Problem olan ərazilərdə də tənzimlənmə işləri aparılır”.

Kərbəlayev Azəriqazın qış rejiminə keçid məsələsinin də düzgün olmadığını bildirib: "Azəriqaz ilin bütün mövsümlərində təbii qaza olan tələbatı ödəyir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26