Interposta.Info

Əkbər Hacıyev hara baxır!? - Azəriqaz İstehsalat Birliyi müştərilərini aldatmaqla, həyatı təhlükə yaradır.

Manşet / Paradoks / Ölkə
 20-04-2018, 08:54     10 826

Bakı şəhər Sabunçu rayon ərazisində müxtəlif yaşayış sahələrində Azəriqaz İstehsalat Birliyi gecə və gündüz saatlarda, qazın verilməsini dayandırır.
Sabunçu rayon ərazisində yaşayan vətəndaşlar tərəfindən verilən məlumata görə, sakinlərin qaz sayğacları, qazın fasilə ilə verilməsi səbəbindən, gün ərzində 2-3 dəfə buloka düşür. Azəriqaz İstehsalat Birliyi müştəriləri tərəfindən “interposta.info”-a verilən məlumata görə, qaz sayğaclarını blokdan çıxartmaq məqsəd ilə gün ərzində “Smart Payment” kartlarına 2-3 dəfə pul yükləməli olurlar.

Birliyin müştəriləri onuda bildirirlər ki, qazın verilməsi dayandırılıb, yenidən bərpa edildikdən sonra, 1 dəqiqə gözləmək lazımdır ki, qaz əvəsinə borudakı hava bitsin, sonra qazdan istifadə etmək mümkün olsun!
Məsələ ilə əlaqədar "interposta.info"-ın əməkdaşı Azəriqaz İstehsalat Birliyi ilə (104) əlaqə saxlayıb, qazın verlilməsində yaranan problemləri və Sabunçu rayonu ərazisində olan aktiv müştərilərin sayını öyrənmək istəyib.
Azəriqaz İstehsalat Birliyindən dolğun məlumat əldə etmək mümkün olmayıb, aktiv müştərilərin sayını, açıqlamaqdan boyun qaçırıb!
Vətəndaşların bildirdiyi kimi, qazın fasilə ilə verilməsi və qurumdan aktiv müşdərilərin sayının açıqlanmaması sual doğurur!

Müştərilər gün ərzin də hər biri, ən azı 2-3 dəfə, “Smart Payment” kartına 1 manat yükləmiş olan müştərilərdən, Azəriqaz İstehsalat Birliyi nə qədər “gəlir” əldə edir!?

Minlərlə müştəri qurumun, bu frıldağının qurbanı olub!..

Azəriqaz İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bu halların baş verməsinə niyə yol verir!?.

Məlumat üçün onuda bildirək ki, ən təhlükəlisi odur ki, adı çəkilən qurum gecə, saatlarında qazın verilməsini dayandırır və yenidən bərpa edir; Nəticədə qaz sızmasından, zəhərlənməsindən yüzlərlə insan ölümlə üz-üzə qalır!

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26