Interposta.Info

Azəriqazdan xəbərdarlıq: Fırıldaqçılar var

Ölkə
 1-03-2019, 19:28     10 324

"Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib.

Qurumdan İnterPosta.info-ya verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında özünü "Azəriqaz” əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin "problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.


İstehsalat Birliyi istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız "ASAN Xidmət” və "ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən "Azəriqaz” İB-nin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər:

"Sonda bir daha bildiririk ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26