Interposta.Info

Professor Səyyarə İbadullayevanın NDU-da keçirilən Yekun Dövlət Attestasiyasına sədrlik edib

Ölkə
 Bu gün, 09:47     59

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Biologiya kafedrasında 050501–Biologiya (əyani) və 050505–Biologiya (qiyabi) ixtisasları üzrə təhsil alan tələbələrin Yekun Dövlət Attestasiyası (buraxılış işlərinin müdafiəsi) keçirilib.

16 iyun 2026-cı il tarixində təşkil olunan attestasiyaya Dövlət Attestasiya Komissiyasının sədri, Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva rəhbərlik edib.

Müdafiə zamanı tələbələr biologiya sahəsində aktual mövzulara həsr olunmuş elmi-tədqiqat işlərini təqdim ediblər. Təqdimatlar komissiya üzvləri tərəfindən dinlənilib, mövzular üzrə suallar ünvanlanıb və tələbələrin hazırlıq səviyyəsi qiymətləndirilib. Buraxılış işlərinin elmi səviyyəsi, eləcə də tələbələrin peşə hazırlığı komissiya tərəfindən müsbət qiymətləndirilib.

Tədbirin sonunda professor Səyyarə İbadullayeva məzunları təbrik edərək onlara gələcək elmi və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26