Interposta.Info


Goranboyda ağır qəza: 2 nəfər öldü

Ölkə
 Bu gün, 16:43     29

Goranboy rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin "112” qaynar telefon xəttinə avtomobillərdə insanların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerində aparılan qiymətləndirmə zamanı "VAZ-2106” və "VAZ-2107” markalı minik avtomobillərinin toqquşduğu müəyyən edilib. Qəza nəticəsində bir neçə nəfər deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi avadanlıqlardan istifadə etməklə müxtəlif dərəcəli bədən xəsarətləri alan 1942-ci il təvəllüdlü Gülnarə Hüseynovanı və 1991-ci il təvəllüdlü Çinarə Əsgərovanı avtomobillərdən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Həmçinin xilasedicilər 1969-cu il təvəllüdlü Rza Qasımovun və 1940-cı il təvəllüdlü Şahbaz Qarayevin meyitlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26