Interposta.Info

İsmayıllıda minik avtomobili yandı

Ölkə
 Bu gün, 15:00     103

İsmayıllı rayonunda minik avtomobilində yanğın hadisəsi baş verib.
Goldmedia.az gunxeber.az-a istinadla verdiyi xəbərə görə, hadisə rayonun Diyallı kəndində axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, 1982-ci il təvəllüdlü Nəsirov Rəfail Səhrab oğluna məxsus "Mercedes E-Class" markalı, 10-MV-588 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yanğının genişlənməsinə imkan verilməyib və ətraf ərazilər alovdan mühafizə olunub.
Məlumata görə, yanğın nəticəsində yaxınlıqdakı tikililərə və digər nəqliyyat vasitələrinə ziyan dəyməyib.
Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26