Interposta.Info

Azərbaycan-İran sərhədində zəlzələ oldu

Ölkə
 13-01-2025, 09:26     19 769

Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, təbii hadisə Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 26 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26