Interposta.Info

Azərbaycanda daha bir zəlzələ oldu (YENİLƏNİB)

Gündəm
 22-02-2023, 12:11     506

Lerik rayonunda zəlzələ olub.

Bu barədə "İnterPosta"ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

09.01

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "İnterPosta"ya bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26