Interposta.Info

Azərbaycanda ardıcıl üç zəlzələ oldu (YENİLƏNİB)

Ölkə
 8-02-2021, 11:24     589


Respublika Seysmoloji Xidmət Mərkəzindən "İnterPosta" verilən xəbərə görə, zəlzələ saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.8, dərinliyi 3 km olub.

Zəlzələ hiss olunmayıb.

10:52

Hacıqabulda yenidən zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.

10.40

Hacıqabul rayonunda zəlzələ olub.

Bu barədə "İnterPosta"ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26