Abusətin meyiti 6 gün sonra tapıldı
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti tapılıb.
"İnterPosta" FHN-in Mətbuat xidmətindən istinadən xəbər verir ki, Abusət Əliyevin meyiti qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Abusət Əliyev Vətən müharibəsinin iştirakçısıdır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26