Interposta.Info

Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb

Ölkə
 12-08-2023, 09:45     167

Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) batan bir nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26