Interposta.Info

Yeni nazir onu idarə rəisi təyin etdi
 

Ölkə / Manşet
 2-04-2024, 19:20     31 275

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.

"İnterPosta"nın əldə etdiyi məlumata görə, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Hüseynov Toğrul Aydın oğlu təyin olunub.

Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26