Interposta.Info

Ədliyyə Nazirliyində yeni TƏYİNATLAR

Ölkə
 21-07-2020, 00:09     948

Ədliyyə Nazirliyində yeni təyinatlar gerçəkləşdirilib.

"İnterPosta" xəbər verir ki, Belediyye.info-ya daxil olan məlumata görə, Ədliyyə naziri cənab Fikrət Məmmədovun əmriylə Gəncə regional idarəsinin rəisi Kəmaləddin Həsənov Apelyasiya məhkəməsi üzrə icra şöbəsinə rəis müavini təyin edilib.

Nazirin digər əmriylə Binəqədi icra və probasiya şöbəsinin rəisi İlham Həsənov Bərdə regional ədliyyə idarəsinə rəis müavini, Lənkəran regional ədiyyə idarəsinin rəisi İlkin Nəcəfov Gəncə regional ədliyyə idarəsinin rəisi vəzifəsinə təyinat alıblar.

Lənkəran regional ədliyyə idarəsinin rəisi və Binəqədi icra və probasiya şöbəsinin rəis vəzifəsinə təyinat olmadığı deyilir.

Yeni təyinatlarla bağlı məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidmətiylə dəqiqləşdirməyə çalışacağıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26