Interposta.Info

Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

Ölkə
 2-04-2024, 12:01     31 706

Sosial şəbəkələrdə canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb.

Bu barədə "İnterPosta"-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

"O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb", - DİN rəsmisi qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26