Interposta.Info

Polis maşınının üstündə şəkil çəkdirən şəxsin cəzası bəlli oldu

Ölkə
 18-04-2020, 10:34     445

Bakıda Dövlət Yol Polisinə məxsus xidməti maşınların üzərinə çıxaraq şəkil çəkdirən şəxsə 15 sutka cəza verilib.

"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərin üzərinə çıxan şəxslə bağlı məhkəmənin qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cü il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26