Interposta.Info

Bakını qarışdıran "avtoş" həbs edildi (FOTO)

 

Ölkə
 30-09-2021, 19:17     11 853

Bakıda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, ötən gün sosial şəbəkələrdə bir sürücünün paytaxtın Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi "BMW” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb.

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib. Məlum olub ki, hadisə paytaxt sakini Asif Niftəli tərəfindən törədilib.

O, yol polisləri tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Asif Niftəlinin etdiyi əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material Nərimanov Rayon Məhkəməsinə göndərilib. Avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26