Interposta.Info

Canlı yayımda şahzadənin ayaqqabısını öpdü - Video

Ölkə
 21-03-2019, 20:59     10 630

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) televiziyalardan birinin aparıcısı Tarik Miyhas skandal hərəkətə imza atıb.

O, canlı yayımda Əbu Dabinin vəliəhdi, şahzadə Məhəmməd bin Zayid əl Nahyana məxsus ayaqqabını (ayaqqabının vəliəhdə məxsus olduğunu fərz edib) öpüb.

“Bunun şahzadə Ali-Həzrətləri Şeyx Məhəmməd bin Zayidə məxsus olduğunu təsəvvür edirəm. BƏƏ vətəndaşı olaraq nə edəcəyimi bilirsinizmi? (Ayaqqabını öpür) Allah onu qorusun və başımızın üstündən əksik etməsin”, - deyə Miyhas bildirib.

Aparıcının bu hərəkəti ictimaiyyətdə birmənalı qarşlanmayıb. Onun bu hərəkətinin BƏƏ vətəndaşlarını təhqir etməsi kimi şərh edilib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26