Interposta.Info

Azad olunmuş ərazilərdə ötən ay 413 mina zərərsizləşdirilib
 

Ölkə
 1-04-2024, 17:04     28 964

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə mart ayı ərzində 114 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1 254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 6 094,6 hektar ərazi minalardan təmizlənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26