Interposta.Info

Azad olunan ərazilərdə daha 125 mina aşkarlandı

Ölkə
 18-04-2022, 12:24     505

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan "İnterPosta"ya verilən məlumata görə, aprelin 11-dən 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 66 mina və 237 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ətraflı

Nəticədə 445.8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26